Home » “İş Klubu” layihəsinin sayca 14-cü görüşünə qeydiyyat başlayıb

“İş Klubu” layihəsinin sayca 14-cü görüşünə qeydiyyat başlayıb

by Aytac
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən keçirilən “İş Klubu” layihəsinin sayca 14-cü görüşünə qeydiyyat başlayıb.

Layihəyə məzunlar, işsiz və işaxtaran şəxslər müraciət edə bilərlər. İki həftə davam edəcək tədbir müddətində gənclər üçün “Karyera planlaması”, “İş məqsədlərinin təyini”, “İş axtarışı alətləri”, “CV və istək məktubunun hazırlanması”, “Müsahibə texnikaları”, “İş təkliflərinin analizi” mövzularında təlimlər təşkil ediləcək.

 

Bundan başqa layihə müddətində təlimlərlə yanaşı iştirakçılara fərdi karyera mentorlarə təyin ediləcək və proses ərzində onların inkişafı izləniləcək, iş axtarışı ilə bağlı nəticə əldə etmək üçün uyğun tapşırıqlar veriləcək.

Layihədə iştirak etmək üçün aşağıda qeyd edilən müraciət formasını dolduraraq qeydiyyatdan keçmək tələb olunur. Qeydiyyatı uğurla keçən şəxslərlə elektron poçt ünvanı vasitəsilə əlaqə saxlanılacaq.

Son müraciət tarixi: 12 Oktyabr 2023

Layihənin başlama tarixi: 16 Oktyabr 2023

 

Qeydiyyat linki: https://forms.gle/LtQfcVpDVdKVCYcY9

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.