Home » İşçi Qrupunun ilk onlayn iclası keçirilmişdir

İşçi Qrupunun ilk onlayn iclası keçirilmişdir

by Aytac
0 comments 0 views 1 minutes read

ABA-nın “Uzun müddətli istiqrazlar, kreditlərin sekyuritizasiyası və sindikatlaşdırılması kimi alternativ maliyyələşmə mənbələrinin payının artırılması üçün əlverişli şəraitin yaradılması” təşəbbüsü ilə əlaqədar yaradılan işçi qrupunun 27 fevral 2025-ci il tarixində ilk iclası keçirilmişdir.

İclas zamanı tədbirin icrası ilə əlaqədar məsələlər müzakirə edilmiş və fəaliyyət planının ilkin forması ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 3 digər təşkilat olmaqla, ümumilikdə 27 təşkilat ABA-nın üzvüdür.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.