Home » “İşgüzar Qadınlar Liqası” keçirilib

“İşgüzar Qadınlar Liqası” keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatında fəal rol oynayan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların iştirakı ilə “İşgüzar Qadınlar Liqası” keçirilib.

Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Azərbaycanın ictimai-siyasi həyatında qadınların fəaliyyətini vurğulayıb, qadın sahibkarların məşğulluğun artmasında, özəl bölmənin inkişafında rolunu qeyd edib, bu sahədə həyata keçirilən dövlət dəstəyi tədbirləri barədə məlumat verib. Nazir müavini qadın sahibkarlara dövlət dəstəyinin daha da gücləndirilməsinin və qadınlarda biznes fəaliyyətinə marağın artırılmasının önəmini diqqətə çatdırıb, 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib, onlara uğurlar arzulayıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində öz biznesini qurmaq istəyən və sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınlarla sıx əməkdaşlıq etdiyini, KOBİA-nın dəstək və xidmətlərindən qadınların da yararlandığını bildirib.

Tədbir çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva, millət vəkili Qənirə Paşayeva, sahibkar Rəna Yüzbaşı Azərbaycan qadınlarının bütün sahələrdə fəallıq nümayiş etdirdiklərini, qadınların sahibkarlığın və digər sahələrin inkişafında rolunu diqqətə çatdırıblar.

Tədbirdə sahibkar qadınlar müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb, KOBİA-nın dəstək və xidmətlərindən istifadə edərək öz biznesini quran və genişləndirən qadınlar barədə “Uğur sahibləri” filmləri nümayiş olunub.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.