“İslahat icmalı” Azərbaycanın bu ilki beynəlxalq reytinqlərinə həsr olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İslahat İcmalının xüsusi buraxılışı Prezident İlham Əliyevin apardığı islahatlar nəticəsində ölkənin 2021-ci ildə beynəlxalq reytinqlərdə mövqeyinin yüksəlməsinə həsr olunub.

Hesabatda göstərilir ki, Azərbaycanın mövqeyi “Doing business 2020” hesabatında 6 pillə yüksələrək 190 ölkə arasında 28-ci olub. “Heritage Fondu” tərəfindən hazırlanan “İqtisadi Azadlıq İndeksi 2021” hesabatında Azərbaycan 172 ölkə arasında 38-ci yerdə qərarlaşıb. 2021-ci ildə açıqlanmış Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) “Qlobal kibertəhlükəsizlik indeksi 2020”də Azərbaycan 15 pillə irəliləyib. “Uşaq Hüquqları Fondu” və “Erasmus Rotterdam İnstitutu”nun “Uşaq Hüquqları İndeksi 2021” hesabatına görə Azərbaycan 2020-ci illə müqayisədə 3 pillə irəliləyib. UNESCAP-ın “Transsərhəd kağızsız ticarətə hazırlığın qiymətləndirilməsi” layihəsinin cari il üzrə sorğusunun nəticəsinə görə Azərbaycan regional liderliyini qoruyub.

“İslahat icmalı” ilə bu link vasitəsilə tanış ola bilərsiniz:

https://bit.ly/3kzytqi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır