Home » İslahat Könüllüləri Təşkilatı tərəfindən Vüsal Hüseynovla videokonfrans həyata keçirilib

İslahat Könüllüləri Təşkilatı tərəfindən Vüsal Hüseynovla videokonfrans həyata keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İslahat Könüllüləri Təşkilatı tərəfindən reallaşan konfrans “Azərbaycan könüllülər hərəkatı: Milli həmrəylik, sosial məsuliyyət və fərdi inkişaf” mövzusuna həsr olunub. Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov könüllülük fəaliyyətinin, gələcəkdə peşəkar kadr hazırlığı istiqamətində təcrübənin toplanılması baxımından əhəmiyyətini vurğulayıb. Bunun həm də kommunikasiya nöqteyi-nəzərindən vacibliyini qeyd edib. Xidmət rəisi, həmçinin Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin işini yüksək qiymətləndirərək, xüsusilə pandemiya dövründə Miqrasiya könüllüləri ilə yanaşı, müxtəlif könüllülük təşkilatlarının maarifləndirmə tədbirlərində yaxından iştirakına diqqət çəkib.

Videokonfransda İslahat Könüllüləri ilə yanaşı müxtəlif könüllü təşkilatlarından 100-ə yaxın gənc iştirak edib. Sonda Vüsal Hüseynov könüllülərin suallarını cavablanırıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.