Home » 120 min şəxsə elektron qaydada fərdi hesab açılıb

120 min şəxsə elektron qaydada fərdi hesab açılıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İlk dəfə əmək müqaviləsi ilə işə qəbul olunan şəxslərə avtomatik qaydada sosial sığorta nömrəsi (SSN) açılması elektron xidməti cari ilin yanvar ayında fəaliyyətə başlayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu bu e-xidməti vasitəsilə  iyulun 1-dək 120 min şəxsə  avtomatik olaraq SSN və bununla da elektron qaydada fərdi hesab açılıb.

İlk dəfə işə qəbul olunan hər hansı şəxslə bağlı əmək müqaviləsi bildirişi  “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilərək qeydiyyatdan keçdiyi andan ona avtomatik olaraq SSN açılması təmin edilir. Daimi xarakter daşıyan SSN ilə də həmin şəxsin  fərdi uçot sistemində fərdi şəxsi hesabı yaranır.

Nəticədə o, sosial sığorta sisteminin iştirakçısı kimi, fərdi hesabında gələcək sosial təminatı üçün pensiya kapitalı toplamaq imkanı qazanır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.