Home » İşsizlikdən sığorta fondunun sərbəst vəsaiti də investisiyaya yönəldiləcək

İşsizlikdən sığorta fondunun sərbəst vəsaiti də investisiyaya yönəldiləcək

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Bu istiqamət üzrə əldə olunan gəlirlər də şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinə, işğaldan azad edilmiş ərazilərimizdə sosial infrastrukturun yaradılmasına, məşğulluq tədbirlərinə sərf olunacaq 

Prezident İlham Əliyevin imzaladığı yeni qanunvericilik aktları ilə işsizlikdən sığorta fondunun sərbəst vəsaitinin də investisiyaya yönəldilməsi nəzərdə tutulur və  fondun sərbəst vəsaitinin banklarda depozitə qoyulma şərtləri, həmin investisiya gəlirlərindən istifadə istiqamətləri müəyyən olunur.

“İşsizlikdən sığorta haqqında” Qanunda edilən yeni dəyişikliklə Qanuna “sərbəst vəsait” və “investisiya gəliri” anlayışları əlavə edilib. Bu anlayışlara görə, işsizlikdən sığorta fondunun sərbəst vəsaiti fondun büdcəsinin icrasının yarımillik və illik nəticələrinə görə gəlir və xərclər arasında müəyyən edilən müsbət qalıqdır. Fondun investisiya gəliri isə investisiya fəaliyyətinin həyata keçirilməsi nəticəsində əldə olunan vəsait ilə həmin vəsaitin əldə edilməsinə çəkilən xərc arasındakı fərqdir.

İnvestisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı Mərkəzi Bankda açılmış hesaba toplanaraq onların uçotu ayrıca aparılacaq. 

“İşsizlikdən sığorta fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi Qaydası”na əsasən, bir banka qoyulan depozitin məbləği həmin bankın xalis aktivinin 10 faizindən çox olmamalı, banklara depozitə yerləşdirilən investisiyanın ümumi məbləği investisiya portfelinin 5 faizini ötməməlidir. 

Habelə depozitə yerləşdirilən investisiyalar üzrə faiz dərəcələri fond birjasında bağlanan sonuncu əqd üzrə həmin müddətə yerləşdirilən dövlət istiqrazlarının gəlirlilik dərəcəsindən aşağı olmamalıdır. 

Sərbəst vəsait ölkəmizdə fəaliyyət göstərən, aktivlərinin həcminə görə ilk beşlikdə yer alan və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sərbəst vəsaiti hesabına əvvəllər yerləşdirilmiş bank depozitləri üzrə son beş ildə gecikmiş öhdəliyi olmayan banklara depozitə yerləşdiriləcək.

İnvestisiya gəlirlərindən isə:
 investisiya fəaliyyəti ilə bağlı xərclərin maliyyələşdirilməsi və təkrar investisiya məqsədləri,
 “Məşğulluq haqqında” Qanunda nəzərdə tutulmuş məşğulluq tədbirləri ilə bağlı islahatların maliyyələşdirilməsi,
 müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsi,
 işğaldan azad edilmiş ərazilərimizdə sosial infrastrukturun yaradılması ilə bağlı xərclər,
 Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər istiqamətlərdə istifadə olunacaq.

İnvestisiya gəlirləri üzrə xərclərin bölgüsünü hər il üçün Nazirliyin təklifləri əsasında Azərbaycan Respublikasının Prezidenti təsdiq edəcək.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.