Home » İstehlak Mallarının Ekspertizası Mərkəzi bayram günlərində sahibkarlara xidmət göstərəcək

İstehlak Mallarının Ekspertizası Mərkəzi bayram günlərində sahibkarlara xidmət göstərəcək

by anar
0 comments 0 views 1 minutes read

Dövlət Xidməti və tabeliyində fəaliyyət göstərən İstehlak Mallarının Ekspertizası Mərkəzi bayram günlərində sahibkarlara xidmət göstərəcək.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarlıq subyektlərinə müraciət edib.

Belə ki, ixrac olunan malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların keçirilməsi və belə ekspertizaların nəticələrinə uyğun olaraq, malın mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsində fasiləsizliyin təmin edilməsi məqsədilə Dövlət Xidməti və onun regional bölmələri, eləcə də Xidmətin tabeliyində fəaliyyət göstərən İstehlak Mallarının Ekspertizası Mərkəzi və regional bölmələri iş günü hesab edilməyən bayram günlərində – 27, 29 və 30 iyun tarixlərində fəaliyyət göstərəcəkdir.

Qeyd edilən tarixlərdə sahibkarlar iş günlərində olduğu kimi xidmətlərdən yararlanmaq üçün Dövlət Xidmətinə və onun regional bölmələrinə müraciət edə bilər.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.