Home » “İT-Akademiya”nın məzunlarına sertifikat təqdim edilib

“İT-Akademiya”nın məzunlarına sertifikat təqdim edilib

by bbnadm
0 rəy 2 baxış 1 dəqiqə oxuma

Elm və Təhsil, İqtisadiyyat nazirlikləri tərəfindən rəqəmsal sahə üzrə peşələrə yiyələnmək istəyənlər üçün həyata keçirilən “İT-Akademiya” layihəsinin “İT sahəsində karyeranıza başlayın” adlı ilk məzun günü keçirilib.

Məzun günündə “Baku Steel Company”nin Aparat rəhbəri Şeyla Hacıyeva, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müşaviri Teymur Cəfərov və Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov layihənin əhəmiyyəti barədə fikirlərini bildirib, məzunlara karyeralarında uğurlar arzulayıblar.

Tədbirdə “Whelp” və “SmilePay” startaplarının qurucusu Seymur Rəsulov süni intellekt dövründə İT mütəxəssisi üçün lazımi bacarıqlardan danışıb. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndəsi Gülnar Mirhüseynova və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının sədr müavini Rauf Cabbarov isə innovasiyaların İT sahəsinin inkişafı və mütəxəssislərin işinin təkmilləşdirilməsində mühüm rolunu qeyd ediblər.

Bununla yanaşı, PAŞA Bank, Azərbaycan Beynəlxalq Bankı, “Kibrit”, “BIRainy” və digər şirkətlərin nümayəndələri məşğulluq və təcrübə haqqında məzunlara ətraflı məlumat veriblər.

Daha sonra “İT-Akademiya”nın müəllimləri məzunlara təhsilin tamamlanmasına dair sertifikatlar təqdim ediblər.

Qeyd edək ki, layihə Alqoritmika Beynəlxalq Riyaziyyat və Proqramlaşdırma Məktəbinin iştirakı, KOBİA, “Baku Steel Company” və Azərbaycan Sahibkarlar Konfederasiyasının dəstəyi ilə həyata keçirilir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.