Home » İyun ayında kartlarla nağdsız ödənişlərin həcmi 9,9 milyard manatı ötüb

İyun ayında kartlarla nağdsız ödənişlərin həcmi 9,9 milyard manatı ötüb

by yunus
0 comments 0 views 1 minutes read

2026-cı ilin iyun ayında Azərbaycanda ödəniş kartları vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız əməliyyatların ümumi həcmi 9 milyard 902 milyon manat olub.

BBN.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu məbləğin böyük hissəsi – 8 milyard 575 milyon manatı elektron ticarət əməliyyatlarının payına düşüb.

Hesabat dövründə POS-terminallar vasitəsilə 1 milyard 325 milyon manat həcmində nağdsız ödəniş həyata keçirilib. Özünəxidmət terminalları və bankomatlar üzərindən reallaşdırılan nağdsız əməliyyatların həcmi isə 2,5 milyon manat təşkil edib.

Mərkəzi Bankın açıqladığı statistikaya əsasən, ilin əvvəlindən ödəniş kartları ilə aparılan ölkədaxili nağdsız əməliyyatlar bütün ölkədaxili kart əməliyyatlarının 69,8 faizini təşkil edib.

Ödəniş infrastrukturunda da artım davam edib. Belə ki, 2025-ci il iyulun 1-i ilə müqayisədə bankomatların sayı 4,4 faiz, POS-terminalların sayı isə 16,9 faiz artıb.

Bundan əlavə, 2026-cı ilin əvvəlindən etibarən ölkədaxili nağdsız ödənişlərin ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,5 faiz yüksəlib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.