Home » “JP Morgan” neft qiymətlərinin 150 dollaradək yüksələcəyini proqnozlaşdırır

“JP Morgan” neft qiymətlərinin 150 dollaradək yüksələcəyini proqnozlaşdırır

by Zeyneb
0 comments 1 views 1 minutes read

Hörmüz boğazının daha bir ay müddətinə faktiki blokadaya alınması qlobal enerji bazarlarında ciddi qiymət artımına səbəb ola bilər. Bu barədə JPMorgan Chase-ın baş iqtisadçısı Bryus Kasman The Times nəşrinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, belə bir ssenari Brent markalı neftin qiymətini bir barel üçün 150 dollara qədər yüksəldə bilər. Bu isə sənaye istehlakçıları üçün elektrik enerjisi təchizatında çətinliklər yarada bilər.

Qeyd edək ki, martın 30-da ICE birjasında 2026-cı ilin iyun ayı üzrə Brent markalı xam neftin fyuçersləri 19 martdan sonra ilk dəfə olaraq 115 dollar həddini keçib. Daha sonra isə qiymətlər geriləyərək bir barel üçün 112,78 dollar səviyyəsində qərarlaşıb.

Mütəxəssislər bildirirlər ki, Hörmüz boğazında hər hansı uzunmüddətli gərginlik qlobal enerji təchizatına təsir göstərərək bazarlarda volatilliyi artırmağa davam edəcək.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.