Home » Kapital Bank – 146 il sizinlə!

Kapital Bank – 146 il sizinlə!

by bbnadm
0 comments 0 views 1 minutes read

24 iyul 1874-cü il ölkənin birinci bankı olan Kapital Bank-ın yaranması günüdür. Azərbaycan Əmanət Bankının hüquqi varisi olan Kapital Bank-ın ilk xidmət məntəqəsi 1874-cü ildə Bakıda əmanət kassası kimi yaradılıb.

Bu münasibətlə Kapital Bank çoxsaylı müştərilərinə hədiyyə verir. Bunun üçün ölkənin ən məşhur mobil tətbiqi olan BirBank vasitəsilə 24 iyul tarixində istənilən əməliyyat etdikdə, istifadəçilərə əlavə olaraq 1000 “ürək” hədiyyə olunacaq. Sonra həmin bonusları, müxtəlif hədiyyələrə dəyişmək mümkündür.

Qeyd edək ki, Kapital Bank əmanət kassa kimi yarandıqda Uçot Komitəsinin tərkibində Hacı Zeynalabdin Tağıyev, Hacı Baba Haşımov, Hacı Şıxəli Dadaşov kimi tanınmış azərbaycanlılar da təmsil olunurdu. 29 dekabr 2004-cü il tarixindən fəaliyyətini Kapital Bank adı ilə davam etdirən Bank, hazırda ölkə üzrə 100-dən artıq xidmət nöqtəsinə, 3 milyondan artıq fiziki şəxsə, 22 mindən artıq hüquqi şəxsə yüksək səviyyədə bank xidməti göstərir.

Kapital Bank fəaliyyətinin 146-cı il dönümü münasibəti ilə bütün müştərilərini, tərəfdaşlarını və əməkdaşlarını təbrik edir, Kapital Bank-la birgə olduqları üçün təşəkkürünü bildirir.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.