

28 mart 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Kapital Bank” ASC-nin ümumi dəyəri 35,000,000 (otuz beş milyon) ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. 6-16 aprel 2024-cü il tarixləri aralığında “Kapital Bank” ASC-nin istiqrazları üzrə abunə yazılışı baş tutacaqdır. İstiqrazlar üzrə yerləşdirmə 17 aprel 2024-cü il tarixində baş tutacaqdır.
Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN | İstiqrazların növü və forması | İstiqrazların sayı | Nominal Dəyəri | İllik faiz dərəcəsi | Tədavül müddəti |
Yerləşdirmə Tarixi
| Kupon faizlərinin ödəniş müddəti |
AZ2008005152 | Faizli təmin edilməmiş sənədsiz adlı | 350,000 (ədəd) | 100 ABŞ dolları | 7 % | 7 il, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə |
17.04.2024 | Rüblük (Hər 90 təqvim günün başa çatması tarixindən növbəti 3 iş günündən gec olmayaraq) |