2
Ölkənin birinci bankı Kapital Bank Azərbaycan Texnologiya Universitetində keçirilən
forum, karyera sərgisi və təlimlərdə təmsil olunub.
Tədbirlər çərçivəsində baş tutan “Universitet-sənaye əlaqələri” forumunda Kapital Bank-ın
Gəncə filialının müdiri Vüqar Paşayev spiker qismində çıxış edib. Vüqar Paşayev Forum
iştirakçıları ilə öz karyera yolu, bank sektorunda karyera imkanları, gənclərin bu sahədə
inkişafı üçün vacib bacarıqlar və şəxsi keyfiyyətlər barədə fikirlərini bölüşüb, tələbələrin
suallarını cavablandırıb. Panel müzakirəsi formatında keçirilən forumun məqsədi
universitet-sənaye əməkdaşlığının gücləndirilməsi, tələbələri iş dünyası ilə birbaşa
əlaqələndirmək, əmək bazarının real tələbləri ilə tanış etmək və karyera istiqamətində
dəstək göstərmək olub.
Bununla yanaşı, Kapital Bank ali təhsil müəssisəsində keçirilən Karyera sərgisində də
təmsil olunub. Sərgi zamanı bankın stendinə yaxınlaşan tələbələrə bankda mövcud
vakansiyalar, təcrübə proqramları və gənclərə yönəlik karyera imkanları barədə ətraflı
məlumat verilib.
Tədbirlərin davamı olaraq keçirilən Karyera təlimlərində isə Kapital Bank-ın İstedadların
cəlbi və seçimi şöbəsinin müdiri Nərgiz Əzimova “Karyera inkişafı və şəxsi brendin
yaradılması” mövzusu ilə çıxış edib. Dördüncü kurs tələbələri düzgün karyera seçimi,
müsahibəyə hazırlıq və müsahibə mərhələsində uğur qazanmaq mövzularında praktiki
tövsiyələr alıblar.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən
böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul
və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə
bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün