0

“Kapital Bank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Yığıncaq oktyabrın 6-da saat 11:00-da Bankın Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153 ünvanında yerləşən baş ofisində baş tutacaq.
Yığıncağın gündəliyinə səhmdarlara dividend ödənilməsi məsələsi daxil edilib.
Qeyd edək ki, “Kapital Bank” 2006-cı ildə yaradılıb. Bankın nizamnamə kapitalı 265,85 milyon manat təşkil edir. “Kapital Bank”ın əsas səhmdarı “PAŞA Holdinq” MMC-dir.





