Home » “Kapital Bank”ın səhmləri “Bir Ekosistem”ə ötürülür

“Kapital Bank”ın səhmləri “Bir Ekosistem”ə ötürülür

by yunus
0 comments 1 views 0 minutes read

“Kapital Bank” ASC-nin nizamnamə kapitalında olan səhmləri “Bir Ekosistem” MMC-yə ötürülür.

BBN.az xəbər verir ki, bununla bağlı aprelin 10-da səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Məlumata görə, yığıncağın gündəliyində “PAŞA Holding” MMC tərəfindən təşkilati strukturun təkmilləşdirilməsi və idarəetmə standartlarının yüksəldilməsi məqsədilə “Kapital Bank” ASC-nin nizamnamə kapitalında olan paylarının “PAŞA Holding” MMC-nin törəmə şirkəti olan “Bir Ekosistem” MMC-yə ötürülməsi məsələsi daxil edilib.

Qeyd edək ki, yığıncaq Bankın Nəsimi rayonu, Neftçilər prospekti 153 ünvanında yerləşən “Port Baku Towers 2” ofisində baş tutacaq.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.