“Kazan Digital Week” onlayn forumu keçiriləcək

21-24 sentyabr 2020-ci il tarixlərində “Kazan Digital Week” onlayn forumu keçiriləcək.

Forumun məqsədi rəqəmsal texnologiyalar sahəsində ən qabaqcıl təcrübələri və yenilikləri əhatə edəcək platforma vasitəsilə intellektual nəqliyyat sistemləri, kibertəhlükəsizlik, innovasiyalar, maliyyə texnologiyaları və digər nailiyyətlərin təqdim edilməsidir.

Onlayn forumda iştirak etmək istəyən Azərbaycan sahibkarları www.kazandigitalweek.com saytına daxil olmaqla ətraflı məlumat əldə edə, tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır