Home » KOBİA-nın sədri Ümümdünya DÖST Qurumları və Peşəkarları Assosiasiyasının prezidenti ilə görüş keçirilib

KOBİA-nın sədri Ümümdünya DÖST Qurumları və Peşəkarları Assosiasiyasının prezidenti ilə görüş keçirilib

by bbnadm
0 comments 0 views 1 minutes read

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov dövlət-özəl sektor tərəfdaşlığı sahəsində ixtisaslaşmış təşkilatlardan olan Ümümdünya DÖST Qurumları və Peşəkarları Assosiasiyasının (WAPPP) prezidenti Ziad Aleksandr Hayek ilə görüşüb.

Görüşdə Agentliyin DÖST sahəsində göstərdiyi dəstək, eləcə də WAPPP ilə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. 

Qeyd edək ki, KOBİA 2020-ci ildən WAPPP-ın üzvüdür. WAPPP dünyanın müxtəlif ölkələrində DÖST sahəsində fəaliyyət göstərən və ya əlaqəli olan təşkilatları və fərdi mütəxəssisləri birləşdirən beynəlxalq qeyri-hökumət təşkilatıdır. Assosiasiyanın başlıca məqsədi keyfiyyətli DÖST xidmətlərini təmin etmək üçün maarifləndirmə işləri aparmaq, bu sahədə fəaliyyət göstərən qurumlar arasında institusional şəbəkəni yaratmaq, onları dəstəkləməkdir. 

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.