Home » KOBİA Rusiya-Azərbaycan və Azərbaycan-Rusiya İşgüzar Şuralarının iclasında təmsil olunub

KOBİA Rusiya-Azərbaycan və Azərbaycan-Rusiya İşgüzar Şuralarının iclasında təmsil olunub

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Aprelin 26-da Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının növbəti iclası keçirilib.

Hər iki ölkədən dövlət rəsmilərinin və iş adamlarının iştirakı ilə təşkil olunmuş onlayn iclasda Azərbaycan və Rusiya arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən kiçik və orta biznes (KOB) sahəsində mövcud əlaqələrə və əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb. 

İclasda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də təmsil olunub. Tədbirdəki çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov KOB sahəsində Agentliyin Rusiyanın müvafiq qurumları ilə əməkdaşlığı, keçirilən birgə tədbirlər barədə məlumat verib, Agentliyin KOB sahəsində 

yeni tərəfdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduğunu vurğulayıb. Qeyd olunub ki, Agentlik ölkəmizə investisiya qoyuluşunda, yerli tərəfdaşın tapılmasında və Azərbaycanın KOB subyektləri ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olan Rusiya şirkətlərinə KOB inkişaf mərkəzləri (KOBİM-lər), “KOB Dostu” şəbəkəsi və KOB evləri vasitəsilə, eləcə də mövcud dəstək mexanizmləri çərçivəsində dəstək göstərə bilər. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.