Home » KOBİA sahibkarlara dəstək və xidmət sahəsində Azərbaycanın təcrübəsini Macarıstanla bölüşə bilər

KOBİA sahibkarlara dəstək və xidmət sahəsində Azərbaycanın təcrübəsini Macarıstanla bölüşə bilər

by bbnadm
0 comments 0 views 1 minutes read

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilmiş Azərbaycan Respublikası Hökuməti və Macarıstan Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 9-cu iclasında və Macarıstan – Azərbaycan biznes forumunda iştirak edib. 

Tədbirlərdəki çıxışlarında KOBİA sədri Macarıstanın müvafiq qurumları və KOBİA arasında əməkdaşlığın vəziyyətinə, hər iki ölkənin biznes dairələri arasında əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb. Qeyd olunub ki, KOBİA Azərbaycan və Macarıstan KOB-ları arasında lazımi kommunikasiyanı əlaqələndirməyə hazırdır. KOBİA sədri tədbirlərdə ölkəmizdə KOB-lara göstərilən dəstək tədbirləri, o cümlədən Agentliyin dəstək və xidmətləri barədə məlumat verib, KOBİA-nın öz təcrübəsini Macarıstanla bölüşməyə hazır olduğunu bildirib. 

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.