![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Enterprise Georgia” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “Enterprise Georgia”nın direktoru Mixail Xidureli imzalayıblar. Anlaşma Memorandumunda Azərbaycan və Gürcüstan KOB-ları arasında əlaqələrin genişləndirilməsi sahəsində əməkdaşlıq, ticarət, investisiyalar və sahibkarlıq sahəsində informasiya, KOB-lara göstərilən dəstəyə dair təcrübə mübadiləsi və digər məsələlər nəzərdə tutulur.