Home » KOBİA-ya mart-aprel aylarında 1300-dən çox müraciət daxil olub

KOBİA-ya mart-aprel aylarında 1300-dən çox müraciət daxil olub

by bbnadm
0 comments 0 views 1 minutes read

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) bu ilin mart-aprel ayları ərzində 746 müraciət daxil olub.

Daxil olmuş müraciətlərin 370-ə yaxını koronavirus pandemiyası və bununla əlaqəli məsələlər, o cümlədən pandemiya səbəbindən sahibkarların qarşılaşdıqları çətinliklər və sahibkarlara dövlətin maliyyə-iqtisadi dəstək tədbirləri ilə bağlıdır. Müraciətlərin 225-i sahibkarlığın inkişafı, 105-i sahibkarlıqla bağlı yaranmış problemlər, 50-si KOBİA-nın sahibkarlara göstərdiyi dəstək və xidmətlər, eləcə də digər məsələlərlə əlaqədardır.

Mart-aprel ayları ərzində KOBİA-nın 131 Çağrı Mərkəzinə isə 598 müraciət daxil olub. Müraciətlərin 299-u koronavirus pandemiyası və bununla bağlı məsələlər, o cümlədən pandemiya ilə əlaqədar sahibkarların qarşılaşdıqları çətinliklər və onlara göstərilən maliyyə-iqtisadi dəstək tədbirləri, 71-i biznesə başlanılması və mövcud sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə dəstək göstərilməsi, 228-i isə Agentliyin dəstək mexanizmləri, güzəştli maliyyəyə çıxış, əməkdaşlıq və digər məsələlərlə bağlıdır.

KOBİA-ya daxil olmuş müraciətlər qanunvericiliyə uyğun olaraq cavablandırılıb, araşdırma tələb edən müraciətlər isə Agentliyin struktur bölmələri tərəfindən araşdırıldıqdan sonra sahibkarlara müvafiq məlumat verilib.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.