Home » Kommersiya qurumlarının sayı 8,2 faiz artıb

Kommersiya qurumlarının sayı 8,2 faiz artıb

by anar
0 comments 0 views 1 minutes read

2025-ci ilin aprel ayının 1-nə respublika üzrə uçotda olan 1.614.737 vergi ödəyicisinin 87 faizi fiziki şəxslər, 13 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,6 faiz,  hüquqi şəxslərin sayı 7,6 faiz artıb. Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,6 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb. Aprel ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz artaraq 193.780 vahid təşkil edib.

2025-ci ilin yanvar-mart aylarında 3.479 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların da 89 faizi yerli investisiyalı, 11 faizi xarici investisiyalıdır. Kommersiya qurumlarının 86 faizi elektron qaydada qeydiyyata alınıb. Hesabat dövründə qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 97 faiz təşkil edib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.