Home » Könüllülərlə “Azərbaycan iqtisadiyyatı: pandemiya və postpandemiya dövründə” mövzusunda videokonfrans keçirilib

Könüllülərlə “Azərbaycan iqtisadiyyatı: pandemiya və postpandemiya dövründə” mövzusunda videokonfrans keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı könüllülərlə “Azərbaycan iqtisadiyyatı: pandemiya və postpandemiya dövründə” mövzusunda görüş keçirib. İİTKM-in İslahat Könüllüləri təşkilatının təşkilatçılığı ilə videokonfrans formatında keçirilən görüş zamanı pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirləri və postpandemiya dövrü üçün proqnozlardan danışılıb.  Müzakirələr əsasən ÜDM-nin artımı, tədiyyə balansı, makroiqtisadi vəziyyət, büdcə siyasəti, monetar siyasət və innovativ inkişafı əhatə edib.

 Görüşdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin könüllüləri ilə yanaşı ASAN, DOST, QİDA, miqrasiya, aqrar və gömrükçü könüllüləri də olmaqla yüzlərlə gənc iştirak edib. Vüsal Qasımlının çıxışının ardınca könüllüləri və mətbuat nümayəndələrini maraqlandıran suallar dinlənilib və fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.