Home » “Kredit Həyat Sığortası üzrə İşçi Qrupu”nun növbəti onlayn görüşü keçirilmişdir

“Kredit Həyat Sığortası üzrə İşçi Qrupu”nun növbəti onlayn görüşü keçirilmişdir

by anar
0 comments 15 views 1 minutes read

09 avqust 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Kredit Həyat Sığortası üzrə İşçi Qrupu”nun üzvləri və “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyəti sədri Niyaz İsmayılov arasında onlayn görüş keçirilmişdir. 

Görüşdə ABA ilə Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) arasında istehlak kreditləri götürən şəxslərin ölüm və əmək qabiliyyətinin itirilməsi halında həyat sığortası mexanizmlərinin tətbiqi üzrə layihə ilə bağlı banklardakı cari status müzakirə edilmişdir. 

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 3 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.