Home » Laçında işəgötürənlərlə görüş keçirilib

Laçında işəgötürənlərlə görüş keçirilib

by anar
0 comments 0 views 1 minutes read

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə Laçında işəgötürənlərlə görüş keçirilib.

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavinləri Ramal Quluzadə və Hasil Abbasov, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən işəgötürənlərin iştirakı ilə keçən görüş həmin ərazilərdə məşğulluq imkanlarının artırılması, sahibkarlarla əməkdaşlığın gücləndirilməsi məsələlərinin müzakirəsinə həsr edilib.

Görüşdə işğaldan azad edilmiş ərazilərdə işəgötürənlərlə əməkdaşlıq şəraitində  əhalinin məşğulluq təminatı üçün aparılan işlərdən bəhs olunub. Dövlət Məşğulluq Agentliyinin fəaliyyət sahələri, məşğulluq proqramları və sahibkarlara təqdim olunan dəstək mexanizmləri barədə ətraflı məlumat verilib.

Bildirilib ki, sakinlərin işlə təminatı ilə yanaşı, onların əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilməsi, özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlarının qurulması da əsas tədbirlərdəndir.

Görüşdə işəgötürənlərin sualları cavablandırılıb, görüləcək birgə işlər müzakirə olunub, işəgötürənlərin təklifləri dinlənilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.