Home » “Legion Financial” ASC-nin istiqrazları Bakı Fond Birjasında listinqə daxil olmuşdur

“Legion Financial” ASC-nin istiqrazları Bakı Fond Birjasında listinqə daxil olmuşdur

by anar
0 rəy 0 baxış 2 dəqiqə oxuma

21 may 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Legion Financial” ASC-nin ümumi dəyəri 1,000,000 (bir milyon) manat həcmində olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Abunə yazılışının başlanmasına ən azı 1 iş günü qalmış abunə yazılışının baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.

Yerləşdirmə üzrə anderrayter “Assist Finance İnvestisiya şirkəti” ASC-dir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

“Legion Financial” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2003025460

İstiqrazın növü və forması

İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı

İstiqrazın sayı

1,000 (ədəd)

İlkin ticarət qiyməti

1,000 manat

Buraxılış həcmi

1,000,000 manat

İllik gəlirlilik faizi

15%

Ödəmə Periodu

Yerləşdiyi tarixdən 30 gündən bir

Tədavül müddəti

5 il

Anderrayter

“Assist Finance İ.Ş” ASC

Ticarətə buraxılma tarixi

Emitent tərəfindən bildiriləcək

Ticarət üsulu/forması

Kütləvi/Abunə yazılışı

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.