Home » “Linkedin” adından göndərilən “fişinq” hücumları artıb

“Linkedin” adından göndərilən “fişinq” hücumları artıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Kiberhücumlar və “fraud” keysləri uzun müddətdir ki, rəqəmsal ekosistemin tərkib parçası olaraq qalır. Son aylarda ən çox müşahidə edilən “fraud” hallarından biri də sosial şəbəkələrin adlarından istifadə edərək kiberhücum cəhdlərinin həyata keçirilməsidir. Bunun bariz nümunələrindən biri də “Linkedin”dir.

Kibertəhlükəsizlik ekspertləri tərəfindən aparılan araşdırmalara istinadən, “Linkedin” elektron poçtlarını təqlid edərək, “fişinq” cəhdlərinin həyata keçirilməsi halları fevral ayı ərzində 232% artıb.

“Yeni mesajınız var”, “Bu həftə dörd axtarış nəticəsində göründünüz” və s formatda göndərilən saxta elektron maillər göndərilən şəxs tərəfindən açıldığı anda xüsusi veb səhifəyə yönləndirilir və bu veb səhifə vasitəsilə şəxsi məlumatları ələ keçirilir.

Qeyd edək ki, “fişinq” maillərin əksəriyyətində inandırıcı olmağı üçün, “Linkedin” loqosu, eləcə də “American Express”, “CVS Carepoint” kimi beynəlxalq şirkətlərin adları yer alır.  

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.