Home » Məhkumların əməyə cəlb olunması istiqamətində yeniliklər müzakirə olunub

Məhkumların əməyə cəlb olunması istiqamətində yeniliklər müzakirə olunub

by Aytac
0 comments 0 views 1 minutes read

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin cəzaçəkmə müəssisələrində saxlanılan məhkumların sosial reabilitasiyasının təkmilləşdirilməsi, onların əməyə, müxtəlif peşə kurslarına və təhsil proqramlarına cəlb olunması məqsədilə işlər davam etdirilir.

Birgə uğurlu layihələrin genişləndirilməsi və perspektivlərin müzakirə olunması məqsədilə Penitensiar xidmətin Baş idarəsində Dövlət Məşğulluq Agentliyinin əməkdaşları ilə görüş keçirilib.

Xidmət rəisinin müavini ədliyyə general-mayoru Oqtay Məmmədov qonaqlara məhkumların islah prosesində əməyə cəlb olunmasında, onlara peşə bacarıqlarının öyrədilməsində nailiyyətlərdən və bu sahədə Penitensiar xidmətin digər dövlət qurumları və özəl sektor nümayəndələri ilə qarşılıqlı fəaliyyət imkanlarından danışıb.

Dövlət Məşğulluq Agentliyi sədrinin müavini Cəmaləddin Quliyev azadlıqdan məhrum edilmiş şəxslərin peşə hazırlığı, onlar üçün yeni istehsal sahələrinin yaradılması ilə bağlı Dövlət Məşğulluq Agentliyi tərəfindən verilə biləcək dəstək imkanlarından və layihələrdən söz açıb, təkliflərini bildirib.

Görüş zamanı, həmçinin, Penitensiar xidmətdə mövcud istehsal sahələrinin müasirləşdirilməsi, yeni istehsal sahələrinin yaradılması, hal-hazırda məhkumlara verilən peşə təhsili istiqamətlərinin təkmilləşdirilməsi və eyni zamanda yeni peşə sahələrinin yaradılması, sahibkarların bu məqsədlə prosesə cəlb edilməsi və stimullaşdırılması üçün görülməli olan işlər və bu istiqamətdə qanunvericilik bazasının uyğunlaşdırılması məsələləri müzakirə olunub.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.