Home » Mərkəzi Bank Beynəlxalq Maliyyə İstehlakçılarının Müdafiəsi Təşkilatına tamhüquqlu üzv kimi qoşulub

Mərkəzi Bank Beynəlxalq Maliyyə İstehlakçılarının Müdafiəsi Təşkilatına tamhüquqlu üzv kimi qoşulub

by anar
0 comments 3 views 1 minutes read

Mərkəzi Bank beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi və maliyyə bazarlarında istehlakçıların müdafiəsi üzrə qabaqcıl təcrübələrin tətbiqi istiqamətində fəaliyyətini davam etdirir. Bu istiqamətdə növbəti mühüm təşəbbüs Mərkəzi Bankın Beynəlxalq Maliyyə İstehlakçılarının Müdafiəsi Təşkilatına (FinCoNet) tamhüquqlu üzv qismində qoşulması olub.

Üzvlük çərçivəsində Mərkəzi Bank təşkilatın məsuliyyətli kreditləşmə, rəqəmsal maliyyə xidmətlərində istehlakçıların müdafiəsi, bazar davranışına nəzarət və risklərin qiymətləndirilməsi üzrə işçi qruplarında iştirak etmək hüququ qazanıb. Bundan əlavə, bu üzvlük beynəlxalq səviyyədə qəbul olunan siyasət sənədlərinin hazırlanması prosesinə cəlb olunmaq, həmçinin mövcud siyasət sənədləri və tədqiqat bazasına çıxış əldə etmək imkanı verir.

Mərkəzi Bank FinCoNet üzvü kimi maliyyə istehlakçılarının müdafiəsi və bazar davranışının tənzimlənməsi üzrə qabaqcıl təcrübələri öyrənə, beynəlxalq səviyyədə qəbul edilmiş təcrübə və yanaşmalarla tanış ola, həmçinin təşkilatın gündəliyinin müəyyən edilməsində iştirak edərək prioritet istiqamətlərin formalaşdırılmasına töhfə verə biləcək.

Qeyd edək ki, 2013-cü ildə təsis edilmiş FinCoNet maliyyə bazarlarının davranışına və maliyyə istehlakçılarının müdafiəsinə cavabdeh nəzarət orqanlarının beynəlxalq təşkilatıdır. Bu qurumun əsas məqsədi istehlakçıların maraqlarının qorunmasını təmin edən səmərəli və effektiv nəzarət mexanizmlərinin təşviq edilməsi, ədalətli və şəffaf bazar təcrübələrinin inkişaf etdirilməsi, həmçinin üzv qurumlar arasında ən yaxşı təcrübələrin paylaşılmasıdır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.