5
2024-cü ilin yanvar-fevral aylarında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 97,4 milyon manat sığorta ödənişi edilib. Bu, ötən ilin eyni dövrünə nisbətdə 38,2% çoxdur.
BBN.az bu haqda Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) açıqladığı yeni statistik məlumatlara istinadən xəbər verir.
Eyni zamanda bu ilin yanvar-fevral aylarında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 239,7 milyon manat sığorta haqqı yığılıb. Bu, ötən ilin eyni dövrünə nisbətdə 8,4% çoxdur.