Home » Mərkəzi Bankda Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib

Mərkəzi Bankda Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib

by yunus
0 comments 4 views 1 minutes read

11 iyul 2025-ci il, Bakı: Mərkəzi Bank maliyyə və bankçılıq sahəsində məlumatlılığın artırılması məqsədilə media nümayəndələrinin peşəkar inkişafının dəstəklənməsini davam etdirir. Bu istiqamətdə Milli Mətbuat Günü münasibətilə “Mərkəzi Bankın pul siyasəti, proqnozlaşdırma və onların kommunikasiyası” mövzusunda təlim təşkil olunub.

Təlim zamanı pul siyasətinin mahiyyəti və qiymət sabitliyinin əhəmiyyəti diqqətə çatdırılıb. Mərkəzi Bankın pul siyasətinin yeni əməliyyat çərçivəsi, pul siyasəti alətləri, təhlil və proqnozlaşdırma prosesi və digər mövzular müzakirə olunub. Təlimdə pul siyasətinin ictimaiyyətə effektiv çatdırılması üsulları da əhatə olunub və media nümayəndələrinin mövzu ilə bağlı sualları ətraflı cavablandırılıb.

Mərkəzi Bankın nümayəndələri milli mətbuatın yaradılmasının 150-ci ildönümü münasibətilə iştirakçıları təbrik edib.

Görüşün sonunda xatirə fotosu çəkilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.