Home » Mərkəzi Bankdan pul siyasəti üzrə yeni qərar gözlənilir

Mərkəzi Bankdan pul siyasəti üzrə yeni qərar gözlənilir

by yunus
0 comments 1 views 1 minutes read

Azərbaycan Mərkəzi Bankı (AMB) faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarını 2026-cı il aprelin 2-də açıqlayacaq.

BBN.az bu barədə AMB-yə istinadən xəbər verir.

AMB bildirir ki, faiz dəhlizinə dair qərar hazırlanarkən proqnozlaşdırılan və faktiki inflyasiya göstəricilərinin dinamikası, eləcə də aparılan makroiqtisadi təhlillərin nəticələri əsas götürüləcək. Qurum əlavə edib ki, qiymət sabitliyinin təmin olunması məqsədilə mövcud bütün alətlərdən istifadə edilməkdə davam ediləcək.

Xatırladaq ki, cari ilin fevralın 4-də Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0,25 faiz bəndi aşağı salınmışdı. Nəticədə uçot dərəcəsi 6,5%, faiz dəhlizinin aşağı həddi 5,5%, yuxarı həddi isə 7,5% səviyyəsinə endirilmişdi.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.