
Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstana işgüzar səfər çərçivəsində Qazaxıstan Milli Bankının sədri Qalimjan Pirmatovun başçılıq etdiyi heyət ilə görüş keçirmişdir.
Görüş zamanı Azərbaycan və Qazaxıstan mərkəzi bankları arasında əməkdaşlığın gələcək inkişaf istiqamətləri müzakirə edilmişdir.
Görüşdə həmçinin mövcud makroiqtisadi vəziyyət, qlobal iqtisadi proseslərin ölkə iqtisadiyyatına təsirləri, pul siyasəti alətlərinin təkmilləşdirilməsi, ödəniş sistemlərinin inkişafı, rəqəmsal valyutanın yaradılması və digər mövzularda müzakirələr aparılmışdır.




