
“Intel” şirkəti yanvar-mart ayları üzrə mənfəət hesabatını açıqlayıb.
BBN.az xəbər verir ki, ABŞ-ın çip istehsalçısının gəliri bu ilin birinci rübündə illik müqayisədə 7 faiz artıb.
Müvafiq olaraq, şirkətin gəliri ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq 13,6 milyard dollara çatıb. Şirkət ötən ilin eyni dövründə 12,7 milyard dollar gəlir əldə etdiyini bildirib.
Çip istehsalçısının səhm itkisi bu dövrdə 73 sent təşkil edib. “Intel” ötən ilin birinci rübündə səhm başına 19 sent zərər etdiyini bildirib.
“Intel” bu ilin ikinci rübündə gəlirinin 13,8 milyard dollar ilə 14,8 milyard dollar arasında olacağını proqnozlaşdırıb.




