3
Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyətinin İllik Toplantılar çərçivəsində növbəti görüşü Dünya Bankının (DB) Əməliyyatlar üzrə icraçı direktoru Anna Byerde ilə baş tutub.
Görüş zamanı Azərbaycanla DB arasında əməkdaşlıq prioritetləri, COP29 çərçivəsində görüləcək işlər, gündəlikdə olan mühüm təşəbbüslər və DB-nin bu istiqamətdə potensial dəstək imkanları ətrafında fikir mübadiləsi aparılıb.