Home » Macarıstanla iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

Macarıstanla iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

by ulviyya
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşdə qarşılıqlı iqtisadi əlaqələri gücləndirən birgə layihələr, enerji, nəqliyyat, əczaçılıq sahələrində fəal əməkdaşlıq müzakirə edilib. Görüş çərçivəsində Macarıstanın MVM şirkətinin “Şahdəniz” layihəsində pay alışı ilə bağlı sənəd imzalanıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

Görüşdə hər iki ölkə rəhbərliyinin əlaqələrin inkişafına, mövcud potensialdan səmərəli istifadəyə verdiyi xüsusi önəm sayəsində iqtisadi münasibətlərin davamlı inkişaf etdiyi vurğulanıb. Ötən ilin yanvar ayında strateji tərəfdaşlığa dair imzalanmış ikinci sənədin, eyni zamanda investisiya təşviqi, iqtisadi əməkdaşlıq, ikiqat vergitutmanın qarşısının alınması və s. sahələrdə imzalanmış 50-dən çox sənədin bütün istiqamətlər üzrə işbirliyinin genişləndirilməsi üçün möhkəm zəmin yaratdığı qeyd edilib.

“Azərbaycan İnvestisiya Şirkəti” ASC və Macarıstanın “Hell Energy” şirkəti arasında əməkdaşlıq müqaviləsindən irəli gələn məsələlər və cari vəziyyət müzakirə edilib.

Tərəflər qarşılıqlı iqtisadi münasibətləri gücləndirən birgə layihələr, enerji, nəqliyyat, əczaçılıq sahələrində fəal əməkdaşlıq, macar şirkətlərinin ölkəmizdəki fəaliyyəti və investisiya tərəfdaşlığının təşviqi barədə fikir mübadiləsi aparıblar.

Görüş çərçivəsində Macarıstanın MVM şirkətinin “Şahdəniz” layihəsində pay alışı ilə bağlı sənəd imzalanıb. Sənədin ölkələrimizin iqtisadi və enerji tərəfdaşlığını daha da gücləndirəcəyi diqqətə çatdırılıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.