Bazar ertəsi günü sterlinq dollar qarşısında yüksəlib. Buna səbəb isə Böyük Britaniyanın yeni Maliyyə naziri (kansleri) Jeremy Hunt-ın elanı olub, o deyib ki, gün sonrasında özünün orta rüblük fiskal planını elan edəcək.
BBN.az CNBC.com-a istinadən xəbər verir ki, sterlinq London saatı ilə səhər 9-da 0.8% yüksələrək 1.1259 dollara ticarət edilib. Bir saat içərisində isə valyuta 1.1170 dollar səviyyəsində qərarlaşmağa başlayıb.
Yeni nazirin isə açıqlamasının London saatı ilə səhər 11-də verilməsi gözlənilirdi. Cümə günü Britaniyanın siyasəti nəticəsində maliyyə bazarı dramatik vəziyyətə qədəm qoyub. Buna səbəb isə Baş nazir Liz Truss-ın böyük fiskal U dönüşləri və Maliyyə naziri Kwasi Kwarteng-in Hunt ilə əvəzlənməsi olub.