Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

26 iyul 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106017947 ISIN-li, 40 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 17 investor tərəfindən qiymət intervalı 93.7782 (7.5%) və 99.5625 (5.30%) manat olan 31 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 97.7422 (5.9751%) manat, orta ölçülmüş qiyməti 98.0049 (5.8767%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 131,462,300.00 manat, yerləşdirilmiş həcmi isə 40,000,000 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 24 iyun 2025-ci il.

Hərrac iştirakçıları 27 iyul 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır