Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

2 avqust 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0108021947 ISIN-li, 20 mln. manat həcmində, 1820 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 4 investor tərəfindən qiymət intervalı 89.9863(8.5%) və 94.8347(7.25%) manat olan 7 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 91.8891 (8 %) manat, orta ölçülmüş qiyməti 92.4763(7.8482%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 31,187,300 manat, yerləşdirilmiş həcmi isə 18,874,500 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 27 iyul 2027-ci il.

Hərrac iştirakçıları 3 avqust 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır