Home » Maliyyə Nazirliyinin 1092 gün olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Maliyyə Nazirliyinin 1092 gün olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

by anar
0 rəy 3 baxış 1 dəqiqə oxuma

9 aprel 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201070098 ISIN-li, 120 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 24 investor tərəfindən qiymət intervalı 92.3496 (9.4899%) manat və 97.1497 (7.58%) manat olan 46 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95.9406 (8.05%) manat, orta ölçülmüş qiyməti isə 96.0468 (8.0084%) manat müəyyən edilmişdir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 194,915,500 manat, yerləşdirilmiş həcmi isə

91,283,400 manat təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi 06.04.2027-ci ildir.

Hərrac iştirakçıları 15 aprel 2024-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.