7 sentyabr 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0108028884 ISIN-li, 10 mln. manat həcmində, 1820 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 95.8936 AZN (7.5%) və 102.2623 AZN (5.9699%) olan 20 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 102.2623 AZN (5.9699%), orta ölçülmüş qiyməti 102.2623 AZN (5.9699%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 64,472,400.00 manat yerləşdirilmiş həcmi isə 15,000,000.00 manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 1 sentyabr 2026-cı il.
Hərrac iştirakçıları 8 sentyabr 2021-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.