21 dekabr 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0110005920 ISIN-li, 10 mln. manat həcmində, 2548 gün tədavül müddətli dövlət uzunmüddətli istiqrazlarının (DUİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 5 investor tərəfindən qiymət intervalı 85,6009 AZN (9,9%) və 100 (7%) olan 6 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100 (7%), orta ölçülmüş qiyməti 100 (7%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 21,780,000.00 manat, yerləşdirilmiş həcmi isə 250,000.00 manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 12 dekabr 2028-ci il.
Hərrac iştirakçıları 22 dekabr 2021-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.