
14 yanvar 2020-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib;
| Dövlət istiqrazının növü | Faizli, ortamüddətli dövlət istiqrazları |
| Qiymətli kağızın ISIN kodu | AZ0105002783 |
| Emissiya həcmi | 15 000 000 AZN |
| Nominal dəyəri | 100 AZN |
| İstiqrazların tədavül müddəti | 728 gün |
| Faiz ödənişləri (olduqda) | 14 iyul 2020-ci il, 12 yanvar 2021-ci il, 13 iyul 2021-ci il, 11 yanvar 2022-ci il |
| Faiz gəliri | 6.5 % |
| Ödəmə tarixi | 11.01.2022 |
| Anderrayter | Paşa Kapital İŞQSC |
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.






