

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Marketinq və PR Ekspert Qrupu”nun 2025-ci ildə ilk iclası keçirilmişdir.
Azərbaycan Sığortacılar Assosiasiyasının üzvləri ilə birgə keçirilən görüşdə “Kredit Həyat Sığortası” məhsulunun müştərilər arasında reklam edilməsi üzrə müzakirələr aparılmışdır. Ekspertlər bununla bağlı birgə fəaliyyət göstərərək vətəndaşları məlumatlandırmaqla bağlı tədbirlər planı hazırlamışdır
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 28 təşkilat ABA-nın üzvüdür.