Mastercard-dan bildirilib ki, bu Black Friday – Qara Cümə günü alıcılar (Amerika bazarı və müştərilərini nəzərdə tutur-red.) 2023-cü ildə ötən illə müqayisədə 2.5% daha çox xərcləyiblər. Buna səbəb isə endirimlər və inflyasiyanın azalması (hazırda inflyasiya 3.24%-dir-red.) səbəb olub.
BBN.az NBC News TV-yə istinadən xəbər verir ki, ilkin rəqəmlər göstərir ki, müştərilər “Black Friday” zamanı rekord – 9.8 milyard dollar xərcləyiblər.
Yahoo Finance nəşrinin yazdığına əsasən analitiklər gözləyir ki, müştərilər Cyber Monday – Kiber bazar ertəsi zamanı da daha böyük həcmdə – 12 milyard dollar xərcləmə edəcəklər.