Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Mastercard” BVNK-nı 1,8 milyard dollara alır - BBN

“Mastercard” BVNK-nı 1,8 milyard dollara alır

Mastercard sabit kriptovalyutalar infrastrukturunun liderlərindən biri olan BVNK-nın satın alınması ilə bağlı yekun razılığa gəlib.

Məlumata görə, sövdələşmənin ümumi dəyəri 1,8 milyard dollar təşkil edir və buraya 300 milyon dollarlıq şərti ödəniş də daxildir.

Şirkət bildirir ki, bu addım rəqəmsal aktivlər sahəsində mövqeyini gücləndirməyə və vəsaitlərin müxtəlif valyutalar, ödəniş sistemləri və regionlar arasında daha effektiv dövriyyəsini təmin etməyə xidmət edəcək.

Qeyd olunur ki, blokçeyn texnologiyası əsasında inkişaf edən rəqəmsal aktivlər pul köçürmələrinin daha sürətli və səmərəli həyata keçirilməsi üçün geniş imkanlar yaradır. Artıq bu sahə sürətlə böyüyərək 2025-ci ildə minimum 350 milyard dollarlıq bazara çatıb.

Hazırda bir çox ölkələrdə normativ bazanın formalaşması ilə maliyyə institutları və fintex şirkətləri müştərilərinə sabit kriptovalyutalar və tokenləşdirilmiş depozitlər vasitəsilə yeni ödəniş həlləri təqdim etməyə çalışırlar.

“Mastercard”ın Baş Məhsul Direktoru Yorn Lambert bildirib ki, şirkət tokenləşdirilmiş pulun üstünlüklərini reallaşdırmaq üçün təhlükəsiz və uyğun həllər təqdim etməyə davam edəcək. Onun sözlərinə görə, bu satınalma onçeyn ödənişlərin inkişafını sürətləndirəcək və müxtəlif əməliyyatlarda daha yüksək sürət və proqramlaşdırma imkanları yaradacaq.

2021-ci ildə yaradılmış BVNK hazırda 130-dan çox ölkədə fəaliyyət göstərir və müxtəlif blokçeyn şəbəkələri üzərindən ödənişlərin göndərilməsi və qəbulunu təmin edir.

Tərəflərin bildirdiyinə görə, sövdələşmənin ilin sonuna qədər tamamlanması planlaşdırılır, lakin bunun üçün tənzimləyici qurumların təsdiqi tələb olunur.

Related posts

Azərbaycan Mərkəzi Bankına 10-cu baş direktor təyin edilib

Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub

Xalq Bank First Abu Dhabi Bankda müxbir hesab açdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı