“MasterCard” tərəfindən dəstəklənən startap yeni bazarlara daxil olacaq

Avstraliya mərkəzli maliyyə texnologiyaları startapı “Airwallex” son maliyyələşdirmə dövründə 160 milyon dollar cəlb edib. “MasterCard” tərəfindən dəstəklənən startapın bu dövrdə investorları arasında “ANZ Bank”, “Salesforce”, “DST Global”, “Tencent Holdings”, “Hillhouse Capital” kimi nəhəng qurumlar yer alıb.

Qeyd edək ki, ötən maliyyələşdirmə dövründə “Airwallex” 360 milyon dollar cəlb edərək “unicorn” statustunu alıb. Daha sonra, şirkət Yaponiya, BƏƏ və Hindistan bazarlarında əməliyyatlara start verib. Şirkətin yeni yaradılan məhsulları arasında “Airwallex Borderless” kartları, “Xero” mühasibatlıq platforması və banklararası xarici valyuta mübadiləsi xidməti daxildir.

“Airwallex” son maliyyələşdirmə dövründən sonra Amerika, Avropa və Orta Şərq ölkələrində bir sıra əməliyyatlara başlayacağını açıqlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır