Home » “Mastercard” və “Nexo” yeni növ ödəniş kartı istifadəyə verir

“Mastercard” və “Nexo” yeni növ ödəniş kartı istifadəyə verir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Kriptovalyuta sahəsində fəaliyyət göstərən “Nexo” şirkəti beynəlxalq ödəniş kartı sxeması “Mastercard” ilə yeni tərəfdaşlıq layihəsi çərçivəsində kriptovalyuta dəstəkli ödəniş kartı istifadəyə verir. İlkin mərhələdə, bir sıra Avropa ölkələrində istifadəyə verilən bu kart vasitəsilə istehlakçılara “bitcoin” kimi bir sıra rəqəmsal aktivləri kart hesablarında saxlamağa və onlar ilə ödənişlər həyata keçirməyə imkan tanınacaq.

Qeyd edək ki, bundan əvvəl digər beynəlxalq ödəniş texnologiyaları şirkəti “Visa”, baş ofisi Palo Alto şəhərində yerləşən və kredit kartları üzrə mobil və rəqəmsal həllər, eləcə də risk menecmenti xidmətləri təklif edən “Deserve” maliyyə texnologiyaları şirkəti ilə tərəfdaşlıq çərçivəsində şirkətlərin ortaq layihəsi olan “Visa BlockFi” kriptovalyuta kartının istifadəyə verilməsini açıqlayıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.