Home » Mayda Bakıda “Türk Dövlətləri İqtisadi Forumu 2024” keçiriləcək

Mayda Bakıda “Türk Dövlətləri İqtisadi Forumu 2024” keçiriləcək

by anar
0 rəy 4 baxış 1 dəqiqə oxuma

Mayın 2-3-də Bakıda “Türk Dövlətləri İqtisadi Forumu 2024” keçiriləcək.

Bu barədə Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) sədri Nigar Ələsgərova forumla əlaqədar keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, forum İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Türk Dövlətləri Təşkilatının və Yazılım Sənayeçiləri Dərnəyinin (YASAD) tərəfdaşlığı, KOBSKA və Azərbaycan Françayzinq Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq: “Türkdilli ölkələr arasında ilk dəfə keçiriləcək tədbir, bu ölkələr arasında mövcud bazar və investisiya imkanlarının öyrənilməsi, markaların beynəlxalq mühitə inteqrasiyasının təşkili, şirkətlərarası kommersiya münasibətlərinin inkişaf etdirilməsi, xarici investor və şirkətlərin ölkəyə cəlb olunmasına dəstək, türkdilli ölkələr arasında münasibətlərin gücləndirilməsi məqsədini daşıyır”.

O qeyd edib ki, tədbirə BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt, Yaponiya, Qətər, Rusiya və Misir kimi ölkələrdən də investorların qatılması planlanır: “Tədbirə təxminən 1000-dən çox ziyarətçinin qatılması gözlənilir”.

Report

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.